“Qarabağ”ın Kipr səfərinin proqramı bəlli oldu - RƏSMİ

14.09.2020 08:18 579 baxış sayı 2 dəq. oxuma
“Qarabağ”ın Kipr səfərinin proqramı bəlli oldu -

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” klubu ilə Kiprdə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı bəlli olub.

Planlar barədə  Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

“Qarabağ” sabah Kiprin Larnaka şəhərinə yola düşəcək. Komanda birbaşa oyunun keçiriləcəyi Larnaka şəhərinə gedəcək. Uçuş vaxtı saat 11:30-a nəzərdə tutulub.

Komanda saat 19:30-da oyunun keçiriləcəyi “AEK Arena”da məşqə çıxacaq. “Qarabağ” oyun başa çatdıqdan sonra Bakıya dönəcək.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 16-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyun Norveç hökumətinin Azərbaycandan qayıdacaq “Molde” futbolçularına 10 günlük karantin tətbiq etməsi səbəbindən Bakıda yox, neytral ölkə kimi Kiprdə keçiriləcək.

 

E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: