Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Salah "Liverpul"u sildi

24.10.2025 11:52 8 baxış sayı 2 dəq. oxuma Metbuat
Salah "Liverpul"u sildi

“Liverpul”un baş məşqçisi Arne Slotun Məhəmməd Salahı Çempionlar Liqası matçında “Ayntraxt Frankfurt”a qarşı oyunda ehtiyatda saxlaması klub daxilində ciddi gərginlik yaradıb. Misirli ulduzun bu qərara cavabı isə olduqca kəskin olub. İddia edilir ki, Salah oyun bitəndən dərhal sonra sosial media hesablarında hərəkətə keçib. O, həm İnstaqram, həm də X profillərində “Liverpul”a dair bütün istinadları və şəkilləri silib. Hətta klubun səhifəsini izləməkdən də çıxıb. Bu addım futbol ictimaiyyətində böyük müzakirələrə yol açıb və ulduzun klubdan ayrılmaq istəyi barədə fərziyyələri gücləndirib.


Salahın bu cür radikal addımı təsadüfi deyil, çünki onun mövsüm boyu performansı gözləntiləri doğrultmayıb. Məlumatlara görə, Misirli hücumçu mövsümün əvvəlindən uğurlu oyun nümayiş etdirə bilməyib. Uğursuz çıxışlar, məşqçilər heyətinin onun formasına dair narahatlıqları ilə nəticələnib. Məhz bu səbəbdən də onu mühüm Çempionlar Liqası matçında ehtiyat skamyasında saxlamaq qərarı verilib. Komandanın baş məşqçisi Arne Slotun bu taktikası artıq şəxsi müstəvidə problem yaratmış kimi görünür.


Salahın sosial şəbəkələrdəki hərəkətləri onun "Liverpul"la münasibətlərinin kəskin şəkildə pisləşdiyini göstərir. Onun klubla bağlı bütün izləri silməsi, komandadan ayrılmaq niyyətində olduğu iddialarını gücləndirir. Bu vəziyyət, futbolçunun gələcəyi ilə bağlı sualları artırır və yay transfer pəncərəsində "Liverpul" rəhbərliyini çətin qərar qarşısında qoya bilər.


R
İdman redaktoru

Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: