
Seçkilərin yekunları nə vaxt açıqlanacaq? - RƏSMİ

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.
Mərkəzi Seçki Komissiyasından Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiq başa çatmayıb.
“Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində (yəni fevralın 18-dək) bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqini həyata keçirməlidir”, - deyə məlumatda qeyd olunub.
Sevinc İbrahimzadə / Metbuat.az
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İrlandiyada prezident seçkilərində fəallıq 40%-dən...
Azəri Xəbər
Vuçiç növbədənkənar parlament seçkilərinə razılıq...
Azəri Xəbər

Rəsmi Ankara: Kiprli türklərin rifahına töhfə verm...
Azəri Xəbər
Niderlandda parlamentin aşağı palatasına növbədənk...
Azəri Xəbər

Bugünkü buraxılış imtahanının cavabları nə vaxt aç...
Bugun.az

Təyyarə Qəzası: Rəsmi Məlumat Gözləyin, Şayiələrə...
Son Xeberler


