Sənədsiz evlərin tükənməyən dərdi -VİDEO
Paytaxtın 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib.
Metbuat.az xəbər verir ki, plana uyğun olaraq, hazırda Bakı əhalisinin təqribən 72 faizi mərkəzləşdirilmiş kanalizasiya sistemi xidmətlərindən istifadə edə bilir. Yəni şəhərin mərkəzi hissəsi kanalizasiya sistemi ilə tam, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər rayonlarının qəsəbələri isə qismən təmin olunub. Mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemi mövcud olmayan ərazilərdə sistemin qurulması üçün layihə sənədləri hazırlanıb.
Buna kimi isə sakinlər ciddi problemlərlə qarşı-qarşıya qalırlar. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə görə, əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağandır.
"Ümumiyyətlə, hər hansı təchizata qoşulmaq üçün sənədlər tələb olunur. "ASAN kommunal"da həmin sənədlərin dəqiqliyi müəyyənləşəndən sonra əgər ərazidə 30 metrdən uzaq olmayaraq hər hansı şəbəkə varsa, həmin abonentin o şəbəkəyə qoşulması təmin olunur".
Daha ətraflı Baku TV-ni videomaterialında:
Oxşar xəbərlər
İşlər artıq tamamlanır - Bu evlərə sənəd verilə bi...
Bugun.az
Evinin çıxarışı olmayan şəxslərin nəzərinə
Bugun.az
Bu ərazilərdə həyət evləri ucuzdur - SƏBƏB
Bugun.az
Mirşahin Ermənistan ərazisinə keçdi - VİDEO
Son Xeberler
Mesut Özildən Azərbaycana dəstək -
Son Xeberler
Bakıda 27 yaşlı gəncdən DƏHŞƏTLİ ƏMƏL
Son Xeberler