
Sertifikasiya imtahanının sualları ilə bağlıRƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə və mətbuatda müəllimlərin sertifikasiya imtahanı zamanı yanlış suallardan istifadə edilməsi, imtahan zamanı qanunsuzluqlara yol verdildiyi barədə iddialar yayılıb.
Metbuat.az xəbər verir ki, məsələyə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) münasibət bildirib.
Qurumun İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı saxta xəbər - “fake news” kampaniyası başlayıb.
"Son günlər sosial şəbəkələrdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı həqiqətə uyğun olmayan və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş bəzi məlumatlar paylaşılır. İctimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayımlanan bu suallardan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində istifadə edilməyib. Bu yanaşma sağlam və əsaslı tənqid çərçivəsindən uzaqdır, təhsilin keyfiyyəti və inkişafı ilə əlaqəsi yoxdur", - açıqlamada bildirilib.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu müəllimlər 2027-ci ildə də imtahan verəcək
Bugun.az

Bu ilin 10 ayında 78 stomatoloji klinikada yoxlama...
Azəri Xəbər
Gələn il lisey və gimzasiyalara qəbul imtahanları...
Azəri Xəbər

Qatarın adam vurması ilə bağlıRƏSMİ AÇIQLAMA
Bugun.az

Təhsil naziri bu tarixdə vətəndaşların suallarına...
Son Xeberler

Ali məktəblərə qəbul imtahanı üçün qeydiyyat başla...
Bugun.az


