Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Siti" "Barselona"nın istədiyi Holannın qiymətini açıqladı

24.09.2025 15:25 14 baxış sayı 1 dəq. oxuma Metbuat
"Siti" "Barselona"nın istədiyi Holannın qiymətini açıqladı

"Mançester Siti"nin futbolçusu Erlinq Holannın klubu tərk edə biləcəyi barədə iddialar dərc edilib.

Metbuat.az xəbər verir ki, "Mançester Siti" uğurlar əldə edə bilməsə futbolçu mövsümün sonunda başqa kluba transfer ola bilər. "Football Insider"də dərc edilən xəbərə görə, "Barselona" klubu futbolçunun xidmətində maraqlıdır. Xəbərdə deyilir ki, "Mançester Siti" 170 milyon avroya transferə razılıq verə bilər.

Qeyd edək ki, Erlinq Holannın müqaviləsində onun İspaniya klublarına transferini asanlaşdıracaq bəndin olduğu iddia edilib.

Erlinq Holann bu mövsüm "Mançester Siti"nin heyətində 10 oyunda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: