
SOCAR təbii qaza qənaət və emissiyaların azaldılmasına nail olur

Azərbaycanda enerji səmərəliliyini və davamlılığını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın “Uniper” şirkəti tərəfindən 2016-cı ildə təsis edilən “SOCAR-Uniper” birgə müəssisəsi ötən müddətdə mühüm nailiyyətlər əldə edib.
Metbuat.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, SOCAR-ın Sumqayıtdakı Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin modernləşdirilməsi sahəsində əməkdaşlıq məqsədilə yaradılan birgə müəssisə “Uniper” şirkətinin qabaqcıl enerji həllərindən istifadə etməklə təbii qaza əhəmiyyətli qənaət edilməsinə və emissiyaların azaldılmasına nail olur.
Belə ki, həyata keçirilən tədbirlər nəticəsində Buxar Generator Kompleksinin enerji istehsalı gücü 8-10 MVt-dan 65 MVt-a çatdırılıb, illik 3,1 milyon kubmetr təbii qaza qənaət olunması, illik 6,6 ton karbon qazı (CO2) və 7,8 ton NOx emissiyalarının, hər il atmosferə buraxılan 160.000 ton buxarın azaldılması təmin edilib. Həmçinin buxar qazanının gücü 450 ton/saata yüksələrək layihə gücü 93 faizə çatdırılıb, 68 faiz ümumi enerji səmərəliliyinə nail olunub.
Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində atılmış önəmli addımlardan olan bu əməkdaşlıq hər iki şirkətin ekoloji məsuliyyətə və resursların optimallaşdırılmasına sadiqliyini əks etdirir.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Dünya bazarlarında təbii qazın qiyməti azalıb
Son Xeberler

SOCAR Türkiyədə satışla bağlı sövdələşməni yekunla...
Bugun.az

Bu il qaza tələbatın ən kəskin azalması gözlənilir
Son Xeberler

SOCAR və ABB enerji keçidini müzakirə edib
Azəri Xəbər

SOCAR yeni neft emalı zavodu almaq istəyir
Bugun.az

SOCAR-da kadr dəyişikliyi olub
Son Xeberler


