Bu il qaza tələbatın ən kəskin azalması gözlənilir
2020-ci ildə dünya boyu qaza tələbatın 150 milyard kubmetr, yəni 4 faiz azalması gözlənilir.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) hesabatında bildirilir. Belə ki, həmin rəqəm indiyədək qeydə alınmış ən kəskin azalma deməkdir.
Bütövlükdə qaza tələbatın azalmasına daha çox Şimal yarımkürədə qışın ilıq keçməsi, habelə COVID-19 pandemiyası üzündən tətbiq edilən məhdudiyyətlər səbəb oldu. “Məhdudiyyətlər tədricən ləğv edilsə də, proqnozumuzda iqtisadiyyatın sürətli dirçəlməsi ehtimalına yer verilmir. Nəticədə dünya təbii qaz istehlakının 4 faiz azalacağı qənaətindəyik. Bu meyllər 2020-ci ildə qaz istehlakının 75 faizini əhatə edən Avropanın, Şimali Amerikanın, Asiya və Avrasiyanın inkişaf etmiş bazarları da daxil olmaqla bütün regionlara şamil olunacaq”, – sənəddə qeyd olunur.
Hesabat müəlliflərinə görə 2021-ci ildə qaza tələbat tədricən artmağa başlasa da, koronavirus pandemiyasının bazardakı fəsadları davamlı olacaq. Belə ki, 2025-ci ilədək qaza illik tələbatın 75 milyard kubmetr azalacağı, həmin ildən etibarən isə orta hesabla hər il 1,5 faiz artacağı gözlənilir. Həmin artımın 40 faizi sənayenin payına düşəcək.
Bundan əvvəl İEA bərpa olunanlardan başqa bütün enerji daşıyıcılarına tələbatın 6 faiz azalacağını açıqlamışdı. COVID-19 pandemiyasının nəticəsi olan bu azalma 2008-ci il maliyyə böhranındakının 7 qatı deməkdir.
Oxşar xəbərlər
Dünya bazarlarında təbii qazın qiyməti azalıb
Son Xeberler
SOCAR təbii qaza qənaət və emissiyaların azaldılma...
Bugun.az
Doğum nisbəti KƏSKİN AZALDI
Xəbər Anı
Azərbaycanda siqaretlər kəskin bahalaşır -
Son Xeberler
NVIDIA-nın Blackwell Çipləri Boşalma Yaratır!
Son Xeberler
Hava kəskin dəyişir -
Son Xeberler