“Türkiyənin prosesdə yaxından iştirakı gözlənilir” - Prezidentin köməkçisi

10.10.2020 12:39 517 baxış sayı 2 dəq. oxuma
“Türkiyənin prosesdə yaxından iştirakı gözlənilir” -

"Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür. Türkiyə eyni zamanda regionun qonşu ölkəsidir".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Minsk Qrupu və digər formatlar çərçivəsində Türkiyənin bu prosesdə yaxından iştirakı gözlənilir:

“Cənubi Qafqazda baş verən proseslər qardaş Türkiyəni də narahat edir, səylərini davam etdirir. İstər Minsk Qrupu formatı, istərsə də digər formatlarda qardaş Türkiyənin region dövləti kimi yaxından iştirakı gözlənilir”.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: