
Suriyada əhatəli hökumət qurulmalıdır - Blinken

ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefonda danışıb.
Metbuat.az xəbər verir ki, danışıqların əsas müzakirə mövzusu Suriya ilə bağlı olub. Görüşlə bağlı yazılı açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Blinkenin Suriyada əhatəli hökumətin qurulmasının vacibliyinə diqqət çəkdiyini bildirib. Blinken Suriyada əhatəli idarəetmə üçün dinc keçidin vacibliyini vurğulayıb. O, Səudiyyə Ərəbistanına Suriya xalqına göstərdiyi humanitar yardıma görə təşəkkür edib və beynəlxalq ictimaiyyətin bu prosesə dəstək verməli olduğunu bildirib.
Blinken bəyan edib ki, suriyalıların hüquq və azadlıqlarına hörmət etmək beynəlxalq ictimaiyyətin ortaq məqsədidir. Blinken Suriyaya humanitar yardım axınının asanlaşdırılmasının vacibliyini vurğulayıb.
Oxşar xəbərlər

Blinken Türkiyə ilə terrorla mübarizəni müzakirə e...
Son Xeberler

Fidan, Blinken'ə Vida Edib: "Son Görüşmə"
Son Xeberler

Ankara Görüşməsindən Sonra Açılanlar
Son Xeberler

ABŞ Suriyadakı qarşıdurmalara qarışmayacaq
Son Xeberler

Blinken təsdiqlədi -Terrorçu təşkilatla danışıqla...
Bugun.az

Suriyada Türkiyə vətəndaşına general rütbəsi veril...
Bugun.az