🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Sürücü sükan arxasında öldü

14.07.2025 11:25 5 baxış sayı 1 dəq. oxuma
Sürücü sükan arxasında öldü

Şəkinin Çeşməli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, qardaşlardan biri ölüb, digəri xəstəxanadadır.

Metbuat.az xəbər verir ki, Balakən rayon sakini 73 yaşlı Yusif Muradovun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı əraziyə yuvarlanıb. Hadisə zamanı sürücü Yusif Muradov dünyasını dəyişib. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq təhvil verilib.

İlkin müayinə zamanı Yusif Muradovun sükan arxasında ürək tutmasından öldüyü məlum olub.

Avtomobildə olan sərnişin, sürücünün qardaşı, 81 yaşlı Ziyafəddin Muradov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: