🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Sürücülərə çağırış edildi

10.04.2025 14:25 22 baxış sayı 2 dəq. oxuma
Sürücülərə çağırış edildi

Küçə və prospektlərdə yol-nəqliyyat hadisələrinin baş verməsi istənilən halda nəqliyyat sıxlığının yaranmasına səbəb olur.

Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.

O bildirib ki, təəssüflər olsun ki, bu sıxlığın yolun digər istiqamətlərinə təsir etməsi isə birbaşa bəzi sürücülərin avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə almaları və ya hadisə yerinə baxmaları ilə bağlıdır.

"Bu gün günorta saatlarında Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza səbəbindən də eyni vəziyyət yaşanıb. Nəticədə əsas yolla yanaşı, kənar yol hər iki istiqamət üzrə nəqliyyatın hərəkətində ləngimələr olmuşdu.

Müşahidələrimiz onu deməyə əsas verir ki, bu kimi hallar tez-tez yaşanır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırır",- deyə məlumatda qeyd edilib.

Paylaş: