Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Taksidə kondisionerdən istifadə ödənişlidir?

03.07.2025 12:25 34 baxış sayı 1 dəq. oxuma Metbuat
Taksidə kondisionerdən istifadə ödənişlidir?

Bəzən sürücülər taksidə kondisioneri açmaqdan imtina edir. Səbəb kimi “yanacaq çox gedir”, “kondisioner xarabdır” və ya “müştəri istəsə də, açmaq məcburi deyil” kimi ifadələr səsləndirirlər. Maraqlıdır, kondisionerdən istifadə əlavə ödənişlə olmalıdır?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki\, sürücü sərnişini təhlükəsiz və komfortlu şəkildə mənzil başına çatdırılmasını təmin etməlidir:

“Qış aylarında nəqliyyat vasitəsində istilik sistemi, yayda isə soyutma sistemi işlək vəziyyətdə olmalıdır. Komfortlu daşınmaya görə sərnişindən əlavə ödəniş tələb oluna bilməz. Mobil nəqliyyat haqqında qanunda, sərnişin daşımaya dair tələblərdə bu məsələlər qeyd olunub”, - deyə ekspert qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: