🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Talıbovların Şirkəti Bağlandı

30.10.2024 06:25 40 baxış sayı 1 dəq. oxuma
Talıbovların Şirkəti Bağlandı

"Mest-8” MMC (VÖEN – 0201411191) fəaliyyətini dayandırdı.


Yenivəz.com xəbər verir ki, şirkətin ləğv olunması ilə bağlı elanda kreditorlardan iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Heydər Əliyev küçəsi, ev 18, mənzil 26 ünvanına bildirmələri istənilir.


Qeyd edək ki, "Mest-8” MMC bu ilin mart ayında dövlət qeydiyyatına alınıb.


Şirkətin nizamnamə kapitalı 50 min manatdır və qanuni təmsilçisi Xəlilova Sədaqət Səfər qızıdır.


Maraqlıdır ki, "Mest-8” MMC dövlət qeydiyyatına alındığı zaman nizamnamə kapitalı 500 min manat, qanuni təmsilçisi isə Əliyev Qadir Neyman oğlu olub.


Bu şirkətin Naxçıvan Muxtar Respublikasının sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması ilə bağlı mətbuatda geniş müzakirələr aparılıb.


Paylaş: