Texniki baxışı zamanı bu normativ xüsusi yoxlanılır
Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı yanacaq sistemi nasaz olan nəqliyyat vasitələri aşkarlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Müayinə mərkəzində atmosferə zərərli qazlar ixrac edən nəqliyyat vasitələrinə cavabdeh şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Metbuat.az xəbər verir ki, bu barədə idarədən məlumat veriblər.
BDYPİ nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.
Xatırladırıq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Oxşar xəbərlər
Nöqsanlar aşkarlanan şadlıq evi bağlandı
melumat.tv
Rusiyanın elit bölmələri Ukraynada məhv edildi
Xəbər Anı
Bakı metropoliteninin fəaliyyətinin bərpası bağlı
Son Xeberler
Bu gün taksi sürücüləri imtahan verəcək
Xəbər Anı
Prezident dövlət orqanları ilə bağlı fərman imzala...
Son Xeberler
Galaxy Z Fold Xüsusi Nəşr: Qutudan Çıxarılmış!
Texnologiya xəbərləri