Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tramp Avropa liderlərinin şərtsiz atəşkəs təklifini rədd etdi

22.05.2025 18:25 91 baxış sayı 1 dəq. oxuma Metbuat
Tramp Avropa liderlərinin şərtsiz atəşkəs təklifini rədd etdi

ABŞ Prezidenti Donald Tramp Avropa liderlərinin təqdim etdiyi Ukraynada şərtsiz atəşkəsin tətbiq edilməsi barədə təklifi rədd edib.

Metbuat.az xəbər verir ki, “Wall Street Journal” qəzeti belə məlumat paylaşıb. Qəzet Trampın rusiyalı həmkarı Vladimir Putinlə apardığı telefon danışığından əvvəl İtaliya, Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə həyata keçirdiyi fikir mübadiləsinin təfərrüatlarını açıqlayıb. Bəzi liderlər Ukraynada şərtsiz atəşkəsin elan edilməsində israr ediblər. ABŞ Prezidenti isə bu terminin danışıqlarda istifadə edilməsini bəyənmədiyini bildirib. Trampın sözlərinə görə, müharibə davam edərsə, Rusiya Ukraynada qələbə qazanacaq.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin telefonda iki saat müzakirə aparmışdı. Tramp danışıqların məshuldar olduğunu bəyan etmişdi.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: