Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tramp Ukraynanın NATO-ya üzv olmayacağını təkrarladı

19.08.2025 19:25 21 baxış sayı 1 dəq. oxuma Metbuat
Tramp Ukraynanın NATO-ya üzv olmayacağını təkrarladı

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərlə keçirilən Rusiya-Ukrayna müharibəsinə dair danışıqları şərh edib.

Metbuat.az xəbər verir ki, Tramp Ukraynanın NATO-ya üzv olmayacağını təkrarlayıb. “Fox News”a danışan Tramp Avropa liderlərinin ABŞ-yə hörmət etdiyini və Rusiya-Ukrayna müharibəsini yekunlaşdırmaq istədiklərini ifadə edib. Trampın sözlərinə görə, Vladimir Putin və Volodimir Zelenski arasında mümkün razılaşma onun gözlədiyindən daha yaxşı ola bilər. Tramp Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin daha çox Avropa ölkələrinə həvalə ediləcəyini ifadə edib.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: