
Trampın qadağasından əvvəl çinlilər ehtiyat toplayıblar

Çinin texnoloji nəhəngləri “Alibaba”, “Tencent” və “ByteDance”, ABŞ ilə tarif gərginliyindən əvvəl ehtiyat tədbirləri həyata keçiriblər.
Metbuat.az xəbər verir ki, şirkətlər tarif gərginliyindən əvvəl ABŞ-dən 12 milyard dollarlıq “Nvidia”nın H20 GPU çiplərini alaraq, ehtiyat toplayıblar. Bildirilir ki, sifarişlərin əksəriyyəti Prezident Donald Tramp qadağalar tətbiq etməzdən əvvəl Çinə göndərilib. Xəbərdə deyilir ki, Çin şirkətləri milyardlarla dollarlıq sifarişlə əhəmiyyətli ehtiyat fondu yaratsalar da, planlaşdırılan hədəf tam yerinə yetirilməyib.
Məlumata görə, “Huawei”, özünün inkişaf etdirdiyi “Ascend A10C” və “Ascend 910C” seriyalı çipləri ilə alternativ istehsalda əhəmiyyətli irəliləyiş əldə edib. Lakin bu çiplərin istehsal texnologiyası Tayvanın TSMC kimi qabaqcıl istehsalçılarından geri qalır.
Oxşar xəbərlər

Çin, 12 Milyard Dollarlıq Nvidia H20 Ehtiyat Yığdı
Texnologiya xəbərləri

Dollarda sürətli artım
Xəbər Anı

Trampın qələbəsinə mərc qoyub, 85 milyon qazandı
Xəbər Anı

Qərb Rusiyanı iqtisadi baxımdan məğlub edə bilməy...
Bugun.az

Trampın səhhəti pisləşib
Son Xeberler

Trampla Putinin görüşünə hazırlıq görülür
Bugun.az