
Tyerri Anrinin "Qarabağ" matçı barədə proqnozu doğru çıxdı

Keçmiş futbolçu Tyerri Anrinin "Benfika" - "Qarabağ" matçı barədə proqnozu doğru çıxıb.
Metbuat.az xəbər verir ki, o, oyundan əvvəl "CBS Sports" televiziya kanalının Çempionlar Liqasının xüsusi buraxılışında ekspert kimi çıxış edib. Anri "Qarabağ"ın məğlub olmayacağını ifadə edib. Keçmiş futbolçu “Qarabağ”ın xal qazanacağını açıqlamışdı. O, "Bu gün iki komandadan sürpriz gözləyirəm. Biri "Qarabağ", digəri isə "Marsel"dir. Bu iki komandanın səfərdən 1 xalla qayıdacağını düşünürəm" - deyə bildirmişdi.
 Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində səfərdə 0-2 hesabı ilə geri düşdüyü matçda "Benfika"ya 3-2 hesabı ilə qalib gəlib. “Marsel” klubu isə “Real Madrid” səfərində 1-0 önə keçdiyi matçda 2-1 məğlub olub.
        
        
        
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Mbappe Avropanın ən yaxşı liqalarındakı qol sayına...
Azəri Xəbər

Məşhur futbol şərhçisi Bakıya gəldi
Bugun.az

"Malmö" Baş Məşqçisi: "Qarabağ" Güclü Komandadır
Son Xeberler

Messidən növbəti rekordlar
İdman Xəbər

"Qarabağ" İngiltərədə Tıxacda Qaldı - Matçın Vaxtı...
Son Xeberler

"Qarabağ" - "Ayaks" oyunu başladı: Avropa Liqasınd...
Bugun.az
                                        

