Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Ukraynada müharibə dalana dirənib"

22.11.2025 21:02 7 baxış sayı 2 dəq. oxuma Metbuat
"Ukraynada müharibə dalana dirənib"

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukraynadakı vəziyyətin ağır olduğunu və müharibənin dalana dirəndiyini bildirib. Rəsmi Kiyev indi son dərəcə çətin vəziyyətdədir. Ölkə rəhbərliyi nə müharibəni davam etdirə bilir, nə də ona son qoya. Bu vəziyyət Ukraynanın hazırda gəldiyi ən çətin siyasi nöqtədir.


Papuaşvili qeyd edib ki, bəzi xarici qüvvələr, daxili müxalifət və QHT-lər eyni vəziyyətin Gürcüstanda da yaranmasını istəyirdilər, ölkəni müharibəyə çəkməyə çalışırdılar. Ancaq hökumət və gürcü xalqı buna imkan vermədi. Sədr vurğulayıb ki, gürcülər belə dağıdıcı müharibələrin necə başladığını və bitdiyini öz acı təcrübəmizdən bilirlər. Buna görə də Gürcüstan hökuməti xüsusilə ehtiyatlı davrandı. Onlar belə dağıdıcı müharibənin astanasında dururdular, lakin bunun qarşısını ala bildilər.


Parlament sədri əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski olduqca çətin bir seçim qarşısındadır. O, hazırda nə müharibəni irəli apara, nə də onu bitirə bilər. Papuaşvili vurğulayıb ki, bu müharibənin həlli kifayət qədər çətindir, onu sona çatdırmaq isə daha mürəkkəbdir.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: