
Vergilərin qaytarılması qaydaları dəyişir

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması qaydalarında dəyişiklik edilir. Milli Məclisin iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi bu məsələni özündə əks etdirir.
Mövcud qanunvericilik bu cür vəsaitlərin geri qaytarılması mexanizmini müəyyənləşdirir. Qanuna əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olanda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldilir. Bu məbləğlər, həmçinin vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına da aid edilə bilər.
Lakin, hazırda qüvvədə olan qaydalarda istisna tətbiq edilir. Bu istisna Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin İcbari Tibbi Sığorta Fonduna ödənilən hissəsinə aiddir. 191.5-ci maddədə bildirilir ki, bu Məcəllə ilə müəyyən edilən aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin "Tibbi sığorta haqqında" Qanunla müəyyən edilmiş hissəsi məhz bu Fonda köçürülür. Təqdim edilən qanun layihəsində yuxarıda sözügedən istisnanın aradan qaldırılması təklif olunur. Dəyişikliklər Milli Məclisdə müzakirə olundu, səsverməyə qoyuldu və birinci oxunuşda qəbul edildi.
Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ən ucuz kənd məhsulları hansı bazarlarda satılır?...
Son Xeberler

Tramp bəzi ölkələrə əlavə vergi tətbiq edəcək
Texnologiya xəbərləri
İsrail Qəzzada öldürülən daha iki girovun nəşini q...
Azəri Xəbər

Böyük Britaniyada Sığınacaq Qaydaları Dəyişir: 20...
Son Xeberler

ƏDV-nin qaytarılması ilə bağlı
Son Xeberler

Məktəblərdə tədris prosesinin təşkilinin müvəqqəti...
Son Xeberler


