
Ən ucuz kənd məhsulları hansı bazarlarda satılır? - QİYMƏTLƏR

Həftəsonu yarmarkasında məhsul bolluğu yaşanır.
Metbuat.az Xəzər TV-yə istinadən xəbər verir ki, yarmarkada qiymətlər də müxtəlifdir.
Paytaxtın 3 nöqtəsində fəaliyyət göstərən "Kənddən şəhərə" yarmarkasında kartofun 1 kiloqramı 80 qəpiyə, soğanın 1 kiloqramı 90 qəpiyə, Salyan pomidoru 1 manat 80 qəpiyə, Göyçay və Qazax pomidorunun 1 kiloqramı isə 2 manata təklif olunur. Xiyarın 1 kiloqramı isə 3 manat 30 qəpikdir.
Almanın 1 kiloqramının qiyməti 90 qəpik və 1 manat 50 qəpik arasında dəyişir. Narın 1 kiloqramı 1 manat 50 qəpik, yerli mandarin 1 manat 50 qəpik - 2 manat arasında təklif olunur.
Kənd yumurtasının biri 25 qəpiyə satılır. Qoz ləpəsinin kiloqramı 10-17 manat, fındıq ləpəsinin kiloqramı isə 14-16 manat arasında dəyişir. Ancaq bu qiymətlər heç də hamını razı salmır.
Müqayisə üçün paytaxtın "8-ci kilometr" bazarında da olduq. Burada da əksər qiymətlər yarmarkadakına yaxın olsa da, bəzi məhsulların qiymətində fərqlər gözə çarpır.
Bazarda yerli kartofun 1 kq-nın qiyməti 1 manatdan başlayır. Amma qiymət məhsulun növünə görə də dəyişir. Soğanın kiloqramı isə 80 qəpikdən satılır. Xaricdən gətirilmiş xiyar 3 manata, yerli xiyar isə 4 manat 50 qəpiyə təklif olunur. Qazax pomidorunun kiloqramını 1 manat, Zirə pomidoru isə 2 manat 50 qəpiyə almaq mümkündür.
"8-ci kilometr" bazarında almanın 1 kiloqramının qiyməti 50 qəpik - 1 manat 50 qəpik arasında dəyişir. Narın 1 kiloqramı 1 manat 50 qəpiyə, yerli mandarinin kiloqramı 1 manat 80 qəpik - 2 manata satılır. Kənd yumurtasının bir ədədi isə 23 qəpikdir. Qoz ləpəsinin kiloqramı 10-15 manat arasında dəyişir.
Qeyd edək ki, "Kənddən şəhərə" yarmarkaları karantin qaydaları sərtləşdirilməsə, yalnız həftəsonları olmaqla müntəzəm şəkildə fəaliyyət göstərəcək.
Oxşar xəbərlər

Samsung Galaxy S25 Ultra: Ən Ucuz Haradadır?
Texnologiya xəbərləri

Yumurta bazarlarda niyə 50 qəpikdir? -VİDEO
Bugun.az

Çində koronavirusun ikinci dalğası nəticəsində 106...
Son Xeberler

Tesla ABŞ-da Ən Ucuz Elektrik Avtomobilinin Satışı...
Son Xeberler

Pensiya və maaşlar artır:
AzMedia

Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara...
Son Xeberler