Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"WhatsApp"da yenilik - Artıq istifadəçiləri aldada bilməyəcəklər

01.01.2025 16:25 157 baxış sayı 1 dəq. oxuma Metbuat
"WhatsApp"da yenilik - Artıq istifadəçiləri aldada bilməyəcəklər

“WhatsApp Web”də yenilik edilib.

Metbuat.az xəbər verir ki, yeni funksiya istifadəçilərə şəkil barədə məlumat əldə etmək üçün “Veb axtarışı” seçimindən istifadə edərək “Google”da şəkil axtarışı həyata keçirməyə imkan verəcək. “WABetaInfo”nun məlumatına görə, funksiya hazırda beta istifadəçilərinin istifadəsinə verilməyib. “WhatsApp” yeni funksiyanı hələlik yekunlaşdırmayıb. İstifadəçi göndərilən şəkili açdıqdan sonra üç nöqtəli menyuya klikləməklə "Vebdə axtar" seçiminə daxil ola bilər. İstifadəçilər bu seçimi kliklədikdə, “WhatsApp” şəkli “Google”a yükləmək üçün icazə istəyəcək. İstifadəçi icazə verdikdən sonra şəkil yalnız “Google” ilə paylaşılacaq və “WhatsApp” bu məlumatlara daxil ola bilməyəcək. Bu funksiya istifadəçilərə saxtakarlıq və dezinformasiya ilə əlaqəli olan foto barədə məlumat əldə etməyə imkan verəcək.

Qeyd edək ki, yeni funksiya bundan əvvəl “WhatsApp”ın İOS və Android istifadəçiləri üçün istifadəyə verilmişdi.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: