
Xankəndidə Novruz konserti olacaq

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19:45-də Xankəndidəki Zəfər meydanında "Xankəndinin bahar nəğməsi" adlı konsert olacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq. Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər.
Oxşar xəbərlər

Novruz bayramında qeyri-iş günlərinin sayı ARTDI
Son Xeberler

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı...
Son Xeberler

Ardıcıl 11 gün iş olmayacaq - TARİXLƏR
Bugun.az

Qarabağda dəhşətli PARTLAYIŞLAR olacaq - Xankəndid...
Son Xeberler

1 aprel qeyri-iş günüdür?
Bugun.az

Zəfər Günü münasibətilə təntənəli bayram konserti...
Bugun.az