
Xırdalan sakinlərinə böyük müjdə - İllərin problemi həll olunur

Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların çəkilərək oraya giriş imkanlarının yaradılması planlaşdırılır.
Metbuat.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə dair müşavirədə bildirib.
Onun sözlərinə görə, Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan Ziya Bünyadov prospektinə birləşənə qədər olan ərazidə 15 yol kəsişməsində müşahidələr aparılıb, məlumatlar toplanıb və analizlər həyata keçirilib:
“Nəticədə böyük bir simulyasiya hazırlanıb. Bu simulyasiyada Xırdalan dairəsində təkmilləşdirmə işlərinin aparılması, yol qovşaqlarının və ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, həmçinin Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların çəkilməsi nəzərdə tutulur. Bu istiqamətdə layihələndirmə işlərinə yaxın zamanda başlanacaq”.
Oxşar xəbərlər

Dying Light 2-nin 1.19.2 Yenilənməsi
Texnologiya xəbərləri

Apple-ın Süni Zəkası İzləyiciləri Qəzəbləndirdi
Texnologiya xəbərləri

Məktəblərdə su problemi necə həll olunacaq? -
Son Xeberler

War Thunder Oyununa Yeni Yeniləmə Gəldi
Texnologiya xəbərləri

Windows 11-də səs problemi: milyonlarla istifadəçi...
Texnologiya xəbərləri

Valorant 10.02 Yenilənməsi Yayımlandı: Düzəliş Qey...
Texnologiya xəbərləri