Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Yanvara kimi saçlarını pulsuz qırxdıracaqlar

30.10.2025 10:22 5 baxış sayı 1 dəq. oxuma Metbuat
​Yanvara kimi saçlarını pulsuz qırxdıracaqlar

Türkiyədə "Şəhər bərbəri" adlı yeni layihəyə start verilib. Bu layihə Əskişəhərə bağlı olan Təpəbaşı bələdiyyəsi tərəfindən həyata keçirilir. Bu addımın atılmasında məqsəd vətəndaşlara nümunəvi sosial xidmət göstərməkdir.


Bərbərxana Təpəbaşının Fevzi Çakmak küçəsində fəaliyyət göstərir. Obyektin açılış mərasimi geniş iştirakçılarla baş tutub. Tədbirdə bələdiyyə sədri, deputatlar, siyasətçilər, həmçinin yerli icra strukturlarının məsul əməkdaşları və sadə vətəndaşlar iştirak ediblər.


Təpəbaşı bələdiyyəsinin sədri Əhməd Ataç layihənin xidmət müddəti və qiymətləri barədə məlumat verib. O bildirib ki, bərbərxana yanvar ayına qədər tamamilə pulsuz xidmət göstərəcək. Yeni il gəldikdən sonra isə xidmət haqqı 100 lirə olacaq. Bu məbləğ hazırda 4 manat 20 qəpik təşkil edir.


R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: