Yeni metro stansiyaları bu ərazilərdə tikiləcək - Ünvanlar
Prezident İlham Əliyevin metro stansiyaları ilə bağlı çıxışından sonra hər kəsi bir sual maraqlandırır.
Yeni inşa olunacaq 10 yeni metro stansiyası paytaxtın hansı istiqamətlərində olacaq? Yeni stansiyaların nə vaxt istifadəyə verilməsi planlaşdırılır?
Metbuat.az Baku TV-yə istinadən xəbər verir ki, inşaat mühəndisi Azər Axundovun sözlərinə görə, bu 10 stansiya bənövşəyi xətdən Ağ Şəhərə, yaşıl xətdən isə "Həzi Aslanov" stansiyasına kimi uzadılacaq:
"B4" hazırda tikilməkdə olan stansiyadır. Heydər Əliyev İdman Kompleksinin arxasında yerləşir. "B5" stansiyası təxminən Xarici İşlər Nazirliyinin, "B6" stansiyasi isə "Hökumət evi"nin arxasında planlanır. Arada isə "Sahil" keçid stansiyası olacaq, o da "Sahil" stansiyasının yanında düşünülür. "B7" "Xətai" stansiyası ilə keçid, "B8" stansiyası da Ağ Şəhərin Babək prospekti hissəsinə tərəf düşən hissəsi olmalıdır. "Y15", "Y16", "Y17" stansiyaları da "Xətai" ilə "Həzi Aslanov" arasında 8 Noyabr prospekti boyunca yerləşəcək", - deyə o bildirib.
"Y14" stansiyası isə Ağ Şəhər ərazisinə düşür. Bununla da 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakı metrosunda yeni stansiyalar tikiləcək
Xəbər Anı
Bakı metrosunda gediş haqqı artırılır? -
Son Xeberler
Bakıda 10 yeni metro stansiyası açılacaq
Bugun.az
Bu yollarda tıxac var - SİYAHI
melumat.tv
Bakıda Yolların Sıxlığı
Bugun.az
Azərbaycanla İtaliya Qarabağda bu sahədə əməkdaşlı...
Son Xeberler