Azərbaycanda növbəti dəfə “CulTech Hakatonu” keçiriləcək.

22.11.2024 16:00 153 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda növbəti dəfə “CulTech Hakatonu” keçiriləcək.

Azərbaycanda növbəti dəfə “CulTech Hakatonu” keçiriləcək.

 

14-15 dekabrda Azərbaycanda növbəti dəfə “CulTech Hakatonu” keçiriləcək. Bu hakaton mədəniyyət sahəsindəki problemlərə innovativ həll yolları tapmaq məqsədilə iştirakçıları bir araya gətirəcək. 

48 saat boyunca davam edən intensiv iş zamanı iştirakçılar mentor dəstəyi ilə öz məhsullarının prototiplərini hazırlayacaqlar. 

Tədbirin sonunda seçilmiş komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilərək mükafatlandırılacaq. 

İştirakçılar mədəniyyət sahəsinə fayda verəcək innovativ ideyalarla hakatona müraciət edə bilərlər.

Qeyd: Hakaton Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.
Tarix: 14-15 dekabr , 2024

Ünvan: Yaradıcı Mərkəz (Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29)
 Qeydiyyat üçün son tarix: 12 dekabr
 Müraciət linki: LİNK

V
Peşə təhsili müxbiri

Peşə təhsili və kadr hazırlığı mövzusunda yazıram. Gənclərin hansı peşələrə yönəldiklərini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: