Gənclər və İdman Nazirliyi təsərrüfat hesablı Gəncə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsinə işə qəbul elan edir
Gənclər və İdman Nazirliyi təsərrüfat hesablı Gəncə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsinə işə qəbul elan edir.
Qeyd edilən vəzifəyə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:
- Ali təhsil;
- Minimum iş stajı 5 il;
- Yaş həddi 55 yaşadək.
Təqdim ediləcək sənədlər:
- CV forması (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti.
Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.
İdarəetmə və idman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.
Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Müraciət üçün son tarix: 25 noyabr 2024-cü il, saat 12:00-dək
Əlavə məlumat üçün telefon: 187
Etiketlər
Oxşar xəbərlər
Gənclər və İdman Nazirliyi təsərrüfat hesablı Beyl...
Edumap.az Təhsil Portalı
Elşən Məmmədov Respublika Şahmat Mərkəzinə Rəhbər...
Bugun.az
Paytaxt gənclərinə və idmançılarına çağırış
Son Xeberler
“Barselona”da ciddi dəyişiklik
İdman Xəbər
Azərbaycan Kubokunda 1/8 finalın son iştirakçıları...
melumat.tv
Azərbaycanda nazirlikdə yüksək vəzifəyə
Son Xeberler