
Sosial Xidmətlər Agentliyində "Mentor" vakansiyası

Sosial Xidmətlər Agentliyində "Mentor" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.
Maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçtuna göndərərək müraciət edə bilərlər. Email-in mövzu hissəsində “Mentor” qeyd etməyiniz xahiş olunur.
Vakansiya barədə ətraflı məlumat
Tələblər:
• Pedaqoji sahə üzrə ali təhsil (ibtidai sinif müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, məktəbəqədər təlim-tərbiyə);
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Uşaq və yaş psixologiyası ilə bağlı məlumatlılıq;
• Müasir tədris metodları və yanaşmalara dair bilik;
• Komandada işləmək bacarığı;
• Yüksək ünsiyyət, empati qurma və təşkilatçılıq bacarıqları.
Vəzifə təlimatları:
• Uşaqların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla onların intellektual, mənəvi, fiziki, psixoloji və sosial inkişafında, sadə əmək vərdişlərinə yiyələnməsində, istedadının və qabiliyyətinin üzə çıxarılmasında köməklik göstərilməsi;
• Müəssisədə tərbiyə işinin həyata keçirilməsi, uşaqların milli adət-ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunmalarının təşkil edilməsi;
• Uşaqlara gündəlik təlabatlarının ödənilməsinin öyrədilməsi, dərslərinin izah edilməsi və məşğələlərin keçirilməsi;
• Uşaqların adaptasiya müddətində yaxından köməklik göstərilməsi, bu zaman üzə çıxan problemlərin həll yolunun tapılmasında psixoloq və digər əməkdaşlarla bərabər fəaliyyətin göstərilməsi;
• Uşaqların məktəbə aparılması, ehtiyac yaranarsa dərslərdə, valideyn iclaslarında iştirak edilməsi və məktəb müəllimləri ilə mütəmadi əlaqələrin yaradılması;
• Uşaqlar haqqında mütəmadi məlumatların qeyd edilməsi, hesabatların təqdim edilməsi;
• Uşaqların psixoloji və loqopedik problemlərinin aşkar edilməsi və müvafiq əməkdaşlara yönləndirilməsi, proses zamanı yaxından iştirak edilməsi və sonraki dövrdə onlara nəzarət edilməsi.
İş şərtləri:
• İş qrafiki: Növbəli;
• İş yeri: Bakı şəhəri.
İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Neçə uşağa sosial xidmət göstərilir?
Bugun.az

Zorakılıqdan zərər çəkən 61 nəfərə sosial xidmətlə...
Bugun.az

Agentlik qazimizin problemlərini öhdəsinə götürdü...
Son Xeberler

Marketinq Agentliyində 3 aylıq təcrübə proqramı
Edumap.az Təhsil Portalı

"Xidmət istiqamətinin çağrı mərkəzi üzrə mütəxəssi...
Edumap.az Təhsil Portalı

DOST mərkəzləri xüsusi rejimdə işləyəcək
Son Xeberler