Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi həmin çağırışlara cavab verib.
Belə ki, Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bu barədə sosial media hesabında paylaşım edib. Paylaşımda qeyd olunub:
“Nəzərinizə çatdırıram ki, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi olaraq artıq Coşqunun qardaşı ilə əlaqə saxlanılıb. Qazimizin vəziyyəti barəsində ilkin məlumat öyrənilib. Peşəkar mütəxəssislərimiz sabahdan etibarən Coşqunun müayinəsi və lazımi psixoterapevtik müalicəsini həyata keçirəcəklər”.
Məlumatı paylaşan hər kəsə təşəkkür edirik!