22.02.2021 14:16
6
abunə
438
İcra başçısı qazini evində ziyarət etdi - FOTOLAR

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi qazisini evində ziyarət edib.

Icra başçısı Vüqar Novruzov və şəhər Polis Şöbəsinin rəisi Zaur Bədəlov Naftalan sakini, müddətdən artıq hərbi qulluqçu, qazi Tağıyev Qiyas Fariz oğlunu evlərində ziyarət ediblər. Ziyarət zamanı qazimizin Vətən müharibəsində keçdiyi döyüş yolundan və aparılan uğurlu əməliyyatlarda iştirakından danışılıb.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı zəfəri qazimizin diqqətinə çatdıran icra başçısı onun və ailəsinin problemləri ilə maraqlanıb, şəhid ailələri və qazilərimizin Prezidentin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıb.

Sonda ailənin problemləri və həlli istiqamətində müvafiq tapşırıqlar verilərək nəzarətə götürülüb.

 

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine