10.08.2023 22:03
1
abunə
232
CZN Burak dəhşətli arıqladi

Atası tərəfindən aldadıldığını söyləyərək şikayətçi olan və ailə şirkətindən ayrılan CZN Burak ləqəbli Burak Özdemir verdiyi çəki ilə pərəstişkarlarını qorxudub. Məhkəmədə olduğu üçün atası ilə çətin anlar yaşayan CZN Burak iynə və sapa dönüb.

Gülə-gülə çəkdirdiyi yemək videoları ilə məşhur olan və İstanbulda restoran sahibi olan CZN Burak kimi tanınan Burak Özdemir bir müddət əvvəl atası tərəfindən aldadıldığını bildirərək məhkəməyə müraciət edib. Çətin günlər keçirən məşhur bu prosesdə sürətlə arıqlamağa başlayıb.

DƏHŞƏTLİ ARIQLIĞI NARAHATÇILIQ YARATDI

Hazırda İstanbulda özünəməxsus restoran açmağa hazırlaşan CZN Burak həhşətli çəki itirib. Çətin günlər keçirən və vaxtının çox hissəsini işinə həsr edən fenomen 51,4 milyon izləyicisi olan İnstaqram hesabında tez-tez son halını paylaşır. Gənc fenomenin sürətlə arıqlaması pərəstişkarlarını da narahat edib.

NƏ BAŞ VERİR?

CZN Burak bu yaxınlarda verdiyi açıqlamada atası tərəfindən aldadıldığını və adının hallandığı restoranlarla bütün əlaqələrini kəsdiyini bildirib. Digər tərəfdən bununla bağlı açıqlama verən atası İsmail Özdemir ona qarşı irəli sürülən ittihamları təkzib edib. Oğlunun onun sayəsində bu günlərə gəldiyini deyən ata, "Bunun aldatmaqla heç bir əlaqəsi yoxdur... Zəlzələ bölgəsində də içindən gələrək deyil də həmişə reklam üçün köməklik edib. Anasının genini alıb atasına düşmənçilik edir. Sosial mediasını da mən təmin etmişdim, 2 il əvvələ qədər Burak adlı bir oğlan yox idi" dedi.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine