Məktəbliləri teatr səhnəsində

07.08.2025 15:06 17 baxış sayı 2 dəq. oxuma
Məktəbliləri teatr səhnəsində

Gəncə şəhərinin mədəni həyatında mühüm hadisə baş verdi! 28.07.2025 tarixində 29 saylı tam orta məktəbdə yaradılmış "Gənc Ədiblər Məclisi"nin təşkilatşılığı ilə "Gəncə Dövlət Kukla Teatrı"nda "Mütəfəkkirlər Məhkəməsi" adlı tamaşa qoyuldu. Tamaşanın məşqləri ssenari müəllifi Kamran Yusifzadə və quruluşçu rejissoru Ceyhun İsmayılovun başçılığı ilə "Heydər Əliyev Mərkəzi"ndə keçirildi.

Gənc Ədiblər Məclisinin üzvləri bu obrazları canlandırıblar - Rza Salmanov (Səfi), Adil Nağıyev (İblis), Leyla Səmədova (Marqo), Əli Abbasov (Cəhənnəm mələyi), Səbinə Bayramova (Cəhənnəm mələyi), Gülər Hüseynova (Xurşidbanu Natəvan), Sabrina Yolçuyeva (Məhsəti Gəncəvi), Röyal Həsənov (Seyid Əzim Şirvani), İmran Yolçuyev (Vladimir Lenin), Qaraxan Həsənov (Kommunizmin Ruhu), İnci Hüseynzadə (Gertruda Stayn), Rəsul Nəbiyev (Migel de Servantes), Zeynalabdin Əkbərov (Volfqanq Höte), Sənan Qasımov (İmadəddin Nəsimi), İbrahim Əsgərov (Don Kixot), Aqşin Quluzadə (Faust), Nuray Yolçuyeva (Mürid).

G
Beynəlxalq təhsil müxbiri

Xaricdə təhsil imkanları və beynəlxalq proqramlar haqqında yazıram. Özüm Almaniyada magistratura oxumuşam.

Bütün məqalələrə baxın
Paylaş: