Argentinalı futbolçu: "Komanda yoldaşımı yadplanetlilər oğurlamışdı"
Çilinin "Universidad de Çili" klubunun sabiq futbolçusu Qustavo Lorensetti həmyerlisi və keçmiş komanda yoldaşı Gilyermo Marinonun yadplanetlilər tərəfindən oğurlandığına inanır.
Bu barədə hazırda həmin ölkənin "Deportes İkike" komandasında çıxış edən 35 yaşlı müdafiəçi "Lado B" nəşrinə açıqlamasında deyib.
O iddia edir ki, Marinonun komandanın məşqinə gecikməsinin səbəbi də məhz bu olub: "Gilyermo hər şeyi ətraflı izah etdi və öz hisslərini bizimlə bölüşdü. Dedi ki, yoxa çıxıb və 2 gündən sonra qayıdıb. Çünki onu yadplanetlilər qaçırmışdılar. O, yalançı deyil. Bunu hamı bilir".
Lorensetti özü də yadplanetlilərin varlığına inandığını söyləyib: "Gilyermə hər şeyi o qədər əla izah etdi, ona inanmaya bilməzdik".
Qeyd edək ki, sözügedən futbolçular 2011-2013-cü illərdə "Universidad de Çili" klubunda komanda yoldaşı olublar.
Oxşar xəbərlər
"Barselona"nın baş məşqçisi qeyri-adi üsula əl atd...
İdman Xəbər
16 yaşlı oyunçunu ildırım vurdu -
Son Xeberler
Messidən növbəti rekordlar
İdman Xəbər
Messi Argentinada Karyerasını Bitirəcək
Son Xeberler
"Barselona"dan ayrılmaq istəyən Messiyə Qrizmannın...
İdman Xəbər
SON DƏQİQƏ!
Son Xeberler