“Arsenal” “Norviç Siti”ni darmadağın edib

01.07.2020 19:22 604 baxış sayı 1 dəq. oxuma
“Arsenal” “Norviç Siti”ni darmadağın edib

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Arsenal” “Norviç Siti”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin böyük üstünlüyü – 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Pyer-Emerik Obameyanq meydan sahiblərinin qələbəsinin əsasını qoyub. Dörd dəqiqə sonra Qranit Caka hesabı 2:0-a çatdırıb. Matçın 67-ci dəqiqəsində Obameyanq dubl edib - 3:0. Nəhayət oyunun 87-ci dəqiqəsində Sedrik sonuncu qolu qonaqların qapısından keçirib - 4:0.

E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: