"Barselona" Villianla danışıqlara başladı

31.07.2020 13:48 623 baxış sayı 1 dəq. oxuma
"Barselona" Villianla danışıqlara başladı

“Barselona” “Çelsi” ilə müqaviləsi başa çatan Villianı heyətinə cəlb etməyi planlaşdırır.

“Sky Sports” xəbər verir ki, Kataloniya klubu braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

“Barsa”nın 31 yaşlı futbolçuya 3 illik müqavilə təklif etdiyi bildirilir. Villianın öz klubu “Çelsi” və Devid Bekhemin sahibi olduğu “İnter Mayami”dən də təklif aldığı qeyd olunub.

Villian 2013-cü ildən "Çelsi"nin formasını geyinir. O, bu mövsüm 47 matça çıxaraq 11 qol vurub və 9 qolun ötürməsini verib.

L
İdman biznes analitiki

İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: