Kriştianu Ronaldu 70 avroluq butslarını nümayiş etdirdi

17.06.2020 08:02 574 baxış sayı 1 dəq. oxuma
Kriştianu Ronaldu 70 avroluq butslarını nümayiş etdirdi

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu yeni butslarını təqdim edib.

Portuqaliyalı hücumçu "Nike" brendinin hazırladığı ayaqqabılarını şəxsi "Instagram" hesabında paylaşıb.

Safari adı verilən butslar əvvəlkilərdən öz rəngi ilə fərqlənir. 35 yaşlı forvard bildirib ki, məhsulu istehsalçının rəsmi saytından əldə etmək olar.

Butsların qiyməti 70 avrodur.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayından "Yuventus"da çıxış edir.

N
Olimpiya idmanları müxbiri

Olimpiya idman növləri və idmançıların hekayələrini danışmağı xoşlayıram. Qadın idmanının inkişafı mənim ürəyimə yaxın mövzudur.

Bütün məqalələrə baxın
Paylaş: