
Ronaldunun bacısı pandemiyanı ən böyük fırıldaqçılıq adlandırdı

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru koronavirus pandemiyası ilə əlaqədar fikirlərini bölüşüb.
Aveyru şəxsi "Instagram"ında qardaşının COVID-19 testinin müsbət çıxmasına reaksiya verib.
"Kriştianu bütün dünyanı oyatmağa kömək etsə, aydın olacaq ki, bu portuqaliyalını Allahın özü göndərib. Çox sağ ol! İnanıram ki, minlərlə insan da mənim kimi pandemiya, testlər, ehtiyat tədbirlərini anlayacaq. Bu, həyatımda ən böyük fırıldaqçılıqdır. Bu gün "Bəsdir dünyanı aldatdınız" ifadəsini oxuyaraq, alqışladım. Zəhmət olmasa, gözlərinizi açın" deyə o bildirib.
Qeyd edək ki, Kriştianu Ronaldu 10 gün özünü təcrid etməli və "Yuventus"un ən azı iki oyununu buraxmalıdır.
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ronaldunun oğlu ilk dəfə Portuqaliyanın U16 yığmas...
Azəri Xəbər

Keçmiş Baş nazirə 52 il həbs cəzası verildi
Son Xeberler

MMA döyüşçüsü bacısı ilə ağır qəzaya düşdü:
Son Xeberler

Covid-19 yardım fondundan mənimsədiyi pulla
Son Xeberler

Adnan Oktara 1000 il həbs verildi
Son Xeberler

"Cin çıxarma" adı ilə qadınları soyundurub, görün...
Son Xeberler
                                        

