
Covid-19 yardım fondundan mənimsədiyi pulla "2020 Lamborghini" aldı

ABŞ-da COVID-19 yardım fondundan kreditlə lüks avtomobil alan şəxs həbs edilib.
Bu barədə ABŞ mətbuatı Ədliyyə Nazirliyinin verdiyi açıqlamaya görə məlumat yayıb.
Belə ki, 29 yaşlı David Hines, COVID-19 səbəbiylə işdən çıxmağın qarşısını almaq üçün çalışdığı şirkətin kredit dəstəyindən 3.9 milyon dollar götürüb.
Kredit tətbiqetməsində işçilərinin ödəmələri üçün saxta bəyannamə verən Hines bu krediti aldıqdan bir neçə gün sonra təxminən 318 min dollar dəyərində "2020 Lamborghini Huracan" avtomobili alıb.
Hinesin bu kreditlə lüks mağazalarda alış-veriş etdiyi və lüks kurortlarda qaldığı da məlum olub.
Fırıldaqçılıq, yalan və qanunsuz əməliyyatlar ittihamı ilə Mayami Federal Məhkəməsinə gətirilən Hinesin lüks avtomobili, bank hesablarında 3,4 milyon dollar qarşılığında ələ keçirilib.
Qeyd edək ki, həbs olunan Hines məhkum edildiyi təqdirdə 70 ilədək həbs cəzası ala bilər.
Oxşar xəbərlər

“Zaminbank”ın sədri həbs edildi
Son Xeberler

ANS-in məşhur aparıcısı yardım istədi:
Şou Xəbər

Azərbaycanda hamilə qadını aparan təcili yardım "K...
Son Xeberler

BƏƏ Azərbaycana humanitar yardım göndərdi
Son Xeberler

Orta məktəblərlə bağlı Təhsil Nazirliyindən önəmli...
Son Xeberler

ABŞ Azərbaycana 1,47 milyon dollar yardım edəcək
Son Xeberler