"Mançester Yunayted"in oyunu koronavirusa görə ləğv olundu
İngiltərənin "Mançester Yunayted" və "Stok Siti" komandaları arasındakı yoldaşlıq görüşü oyunun startına bir neçə dəqiqə qalmış təxirə salınıb.
"Manchester Evening News" nəşrinin verdiyi məlumata görə, buna "şəhərlilər"in baş məşqçisi Maykl ONilə koronavirus diaqnozunun qoyulması səbəb olub.
Matç iyunun 9-da "Mançester Yunayted"in Karrinqtondakı bazasında keçirilməli idi. "Mankunianlar" oyunöncəsi məşğələlərə başlasalar da, ONilin yoluxduğu bilinən kimi dərhal meydanı tərk ediblər. Komandanın futbolçuları "Stok Siti"dən heç kiminlə təmasda olmadıqlarından, onların yoluxma ehtimalı yüksək deyil.
Hazırda İngiltərə Premyer Liqası koronavirusun yayılması ilə əlaqədar dayandırılıb. Çempionatın iyunun 17-də bərpa olunması nəzərdə tutulub.
Qeyd edək ki, "Mançester Yunayted" 29 oyundan 45 xalla 5-ci yeri tutur. "Stok Siti" isə Çempionşipdə çıxış edir.
Oxşar xəbərlər
Premyer Liqada unikal rekord
Son Xeberler
"Liverpul" darmadağın oldu
İdman Xəbər
İngiltərə millisinin üzvü koronavirusla bağlı zara...
İdman Xəbər
Ronaldo Yenidən Avropaya Qayıdır - Bu Dəfə Hansı K...
Bugun.az
İtaliya Qran-prisi ləğv olundu
İdman Xəbər
Avroliqada ilin rəmzi komandası məlum oldu
İdman Xəbər