İdman Xəbər
0 abunə
"Qarabağ" bu gün Norveç klubu ilə qarşılaşacaq
16.09.2020 05:49
408 baxış sayı
3 dəq. oxuma
"Qarabağ" komandası bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirəcək.
Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Norveçin 'Molde" klubu ilə üz-üzə gələcək. Kiprdəki "AEK Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Oyun püşkün nəticəsinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşməli idi. Lakin Norveç təmsilçisi Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını istəyib. UEFA görüşün Larnaka şəhərində olacağını açıqlayıb.
Ağdam komandası oyuna itki ilə çıxacaq. Zədə üzündən yarımmüdafiəçi Xayme Romeronun matçı buraxacağı gözlənilir. Mahir Emrelinin durumuna isə oyun ərəfəsində aydınlıq gələcək.
Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
"Qarabağ" "Molde" ilə ilk dəfə üz-üzə gələcəyinə baxmayaraq, daha əvvəl Norveçin digər tanınmış klubu "Rusenborq"la qarşılaşıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 2009-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində səfərdə rəqibi ilə qolsuz heç-heçə edib, Bakıda Rəşad Sadıqovun yeganə qolu ilə qələbə qazanıb - 1:0.
16 sentyabr
Çempionlar Liqası
IlI təsnifat mərhələsi
21:00. "Qarabağ” (Azərbaycan) – "Molde” (Norveç)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Larnaka (Kipr). "AEK Arena” ///report
Etiketlər
Oxşar xəbərlər
"Qarabağ" - "Molde" oyunu bu ölkədə keçiriləcək -
Son Xeberler
442
09/09 15:37
“Qarabağ”ın Kipr səfərinin proqramı bəlli oldu -
Son Xeberler
427
14/09 08:18
Çempionlar Liqası:
İdman Xəbər
494
16/09 19:49
"Sabah" Klubu FIBA Avropa Kubokunda Debüt Oyununu...
Bugun.az
21
09/10 21:25
"Qarabağ"dan UEFA-nın qərarı ilə bağlı
İdman Xəbər
391
09/09 16:38
“Qarabağ” İsraildə belə qarşılandı -
Son Xeberler
502
21/10 14:34