26.08.2020 19:39
0
abunə
375
“Qarabağ” “Şerif”ə qarşı: Heyət açıqlandı

Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında növbəti matçını keçirəcək.

Ağdam təmsilçisi turnirin II təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək.

Mövcud pandemiya şəraiti ilə əlaqədar bir matçdan ibarət olan və azarkeşsiz keçiriləcək duel Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Bundan əvvəlki mərhələdə “Qarabağ” Şimali Makedoniya “Sileks”i üzərində 4:0, “Şerif” isə Lüksemburq “Fola”sı ilə matçda 2:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, cütün qalibinin III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də keçiriləcək püşkatmada bəlli olacaq. Məğlub komandanın Avropa Liqasındakı rəqibi isə ertəsi gün müəyyənləşəcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi

26 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 2. Qara Qarayev, 8. Uroş Matiç, 19. Filip Ozobiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 7. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 29. Musa Qurbanlı, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

“Şerif”: 1. Dumitru Seleadnik, 11. Andrey Peteleu, 15. Kristiano, 91. Usman Ndiaye, 70. Fatih Obilor, 55. Benedik Mioç, 3. Çarles Petro, 44. Andrey Lukiç, 18. Uilyam Parra Sinisterra, 77. Anatoli Abanq, 76. Qabriel Boban

Ehtiyat oyunçular: 33. Sergey Peşenko, 7. Andrey Blizniçenko, 8. Maks Veloso, 10. Kastaneda Velez, 14. Sebastian Dahlstrom, 43. Riçard Qadze, 16. Keston Jülien

Baş məşqçi: Zoran Zekiç 

Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Daxil olun


x
This website is using cookies. More info. That's Fine