
Teymur Rəcəbov bu dəfə heç-heçə etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin dörddəbir final yarışında Niderland təmsilçisi Aniş Giri ilə 4 partiyadan ibarət birinci matçda mübarizə aparıb.
İlk iki partiyada rəqibi ilə heç-heçə edən şahmatçımız üçüncü partiyada inamlı qələbə qazanıb. Sonuncu partiyada rəqibinə məğlub olması ilə hesab bərabərləşib.
Qeyd edək ki, dörddəbir final mərhələsi iki matçdan ibarətdir. Turnir fevralın 14-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 100 min ABŞ dollarıdır ki, onun da 30 minini qalib alacaq.
Xatırladaq ki, “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.
Oxşar xəbərlər

Çempion olan Rəcəbov göz yaşlarını saxlaya bilmədi...
Son Xeberler

Teymur Rəcəbov Aronyanla heç-heçə etdi
Son Xeberler

Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi
İdman Xəbər

Teymur Rəcəbov finalda erməni Levon Aronyanla oyna...
Son Xeberler

Azərbaycan şahmatçısı ilk dəfə Maqnus Karlsen turn...
İdman Xəbər

Hadı Rəcəbliyə zərbə -
Son Xeberler