
Teymur Rəcəbov finalda erməni Levon Aronyanla oynayacaq

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov onlayn blits şahmat üzrə "Airthings Masters” turnirinin finalına yüksəlib.
34 yaşlı şahmatçı yarımfinalda rusiyalı Daniil Dubovu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib.
İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən Rəcəbov ikinci matçını bu gün keçirib. Qrossmeysterimiz növbəti duelinin ilk 2 oyunda qələbə qazandığından ən azı heç-heçəni təmin edib və digər qarşılaşmaların əhəmiyyəti qalmayıb. Bu səbəbdən də həmyerlimiz finala yüksəlib. O, reqlamentə əsasən yanvarın 2-də və 3-də həlledici qarşılaşmalara çıxacaq. İki görüşün nəticəsinə əsasən çempion müəyyənləşməsə, tay-brek oynanılacaq.
Finalda isə həmyerlimizin rəqibi Maksim Vaşye-Laqrava (Fransa) qalib gələn Levon Aronyan (Ermənistan) olacaq.
Qeyd edək ki, yarımfinalda uduzan Dubovla Vaşye-Laqrav 3-cü yer üçün oynayacaqlar. /Apasport
Oxşar xəbərlər

Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi
İdman Xəbər

Teymur Rəcəbov Aronyanla heç-heçə etdi
Son Xeberler

Çempion olan Rəcəbov göz yaşlarını saxlaya bilmədi...
Son Xeberler

Teymur Rəcəbov bu dəfə heç-heçə etdi
İdman Xəbər

Teymura uduzan erməni milyonların gözü önündə biab...
Son Xeberler

Ermənistanın qürur yeri, “intellektual”ı Aronyan c...
Son Xeberler