“Yenidən Azərbaycana qayıtdığıma görə şadam”

26.10.2020 16:30 549 baxış sayı 2 dəq. oxuma
“Yenidən Azərbaycana qayıtdığıma görə şadam”

“Zirə”nin yeni transferi Riçard Almeyda paytaxt təmsilçisinə keçidini şərh edib.

31 yaşlı  braziliyalı yarımmüdafiəçi bunları deyib:

“Yenidən Azərbaycana qayıtdığıma görə şadam. Baş məşqçimiz Rəşad Sadıqov "Zirə"yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim. Bilirəm ki, Azərbaycan Premyer Liqasında iddialı komandalar çoxdur. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə "Zirə"yə kömək edə biləcəm".

Qeyd edək ki, Almeyda 2017-ci ildən Azərbaycan millisində oynayır. O, 2011-2018 və 2019/2020-ci illərdə “Qarabağ”da çıxış edib.

E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: