🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

'Yuventus'un yeni baş məşqçisi bəlli oldu

08.08.2020 19:25 514 baxış sayı 1 dəq. oxuma
'Yuventus'un yeni baş məşqçisi bəlli oldu

Bu gün Maurisio Sarri ilə yolları ayıran "Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

Bu posta komandanın keçmiş futbolçusu Andrea Pirlo gətiriləcək.

Turin klubunun U-23 yığmasına baş məşqçi təyin olunan Andre Pirlo iyulun sonunda komandanın "sükanı" arxasına keçəcək.

Turin təmsilçisinin prezidenti Andrea Aqnelli ilə görüşdən sonra bu qərar qəbul edilib.

Qeyd edək ki, Pirlo 2011-2015-ci illərdə "Yuventus"un şərəfini qoruyub.

Paylaş: