SON Xəbər Kanal loqosu
SON Xəbər
4 abunə

Azərbaycanda son sutkada koronovirusa yoluxanların sayı açıqlandı - Ölən var

27.04.2020 12:07 736 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda son sutkada koronovirusa yoluxanların sayı açıqlandı - Ölən var

Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 23 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1162 nəfər müalicə olunaraq sağalmış, 22 nəfər vəfat etmiş, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılmışdır.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: