Bugünkü 52 yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb
Ötən gün ərzində Azərbaycanda 52 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bunun 32-si yalnız Gəncədə qeydə alınıb.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, Gəncədəki epidemioloji vəziyyətin ağırlaşması karantin rejiminin ciddi pozulduğunu göstərir:
"Bu yaxınlarda Gəncədə belə yüksək insident nisbəti qeydə alınıb ki, bu da sakinlərin karantin rejiminin tələblərindən yayındığını göstərir. Bu, təkcə Gəncəyə deyil, ölkənin digər böyük şəhərlərinə də aiddir. Karantin rejimi yüngülləşdirildikdən sonra daha çox insan fərdi mühafizə qaydalarına məhəl qoymadan küçələrə çıxmağa başladı. Vətəndaşlar artıq sosial məsafəyə riayət etmirlər və maskalar taxmırlar. Hökumət xəstəliyin yayılması ilə mübarizə üçün bütün tədbirləri gördü, indi vətəndaşlar məsuliyyətli olmalı və karantin tədbirlərinə ciddi riayət etməlidirlər".
Etiketlər
Oxşar xəbərlər
ABŞ-da 11 mindən çox yeni yoluxma halı qeydə alını...
Son Xeberler
Çində koronavirusa 12 yeni yoluxma halı qeydə alın...
Son Xeberler
Moskvada yoluxma halları bir ayda iki dəfə azaldı
Son Xeberler
Ermənistanda bir sutkada rekord sayda yoluxma qeyd...
Son Xeberler
Bakının rayonları üzrə yoluxma göstəriciləri -
Son Xeberler
Bugün Amerikada rekord sayda Koronavirus yoluxması...
Bugun.az