🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA

13.05.2020 11:24 2,253 baxış sayı 2 dəq. oxuma
Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi ötən gün idmançı Kamil Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub. Karantin rejimi qaydalarına görə bəzi rayonlara gediş-gəliş bərpa edilsə də, Bakı, Gəncə və Lənkəran şəhərləri və Abşeron rayonundan digər rayonlara olan gediş-gəliş qadağası mayın 31-dək qüvvədə qalır. Baki sakini olan Kamil Zeynallı da imkansız ailələrə maddi yardım aparmaq məqsədi ilə əvvəl Ucara, daha sonra isə Füzuli rayonuna gedib. Bu zaman isə ağıllara bir sual gəlir. Bakı sakini olan vətəndaş rayonlara hansı yolla gedib?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovla yeniavaz.com-a açıqlamasında Kamilin hazırkı, karantin rejimi qaydalarına görə həbs edildiyini bildirdi.

İdmançının Fizuli və Ucara hansı yolla getməsi ilə bağlı suala isə Ehsan Zahidov eyni cavabı verdi.

Paylaş: